“Mən vəzifədə olanda hətta qarşımda diz çöküb mənimlə əlaqə qurmaq istəyənlər olub”.
Yeniavaz.com xəbər verir ki, bunu “R TV”yə müsahibsəində keçmiş Baş nazir Novruz Məmmədov deyib.
O bildirib ki, sözügedən şəxslərdən bəziləri indi də vəzifədədilər:
“Mənə “xahişə gələnlər” az idi, çünki bilirdilər ki, elə işlərlə məşğul olmuram. Pul müqavilində “müxtəlif işlər” görənləri işdən çıxarmışdım”.
Sözügedən müsahibəni təqdim edirik:
Xatırladaq ki, N. Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.