“AXCP Qazax təşkilatının fəalı Tahir Çaylı sərbəst buraxılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə AXCP-nin sədr müavini Seymur Həzi məlumat yayıb.
Seymur Həzi qeyd edib ki, Fəzail Əliyevin oğlu Fərid Əliyev də polisdə saxlanılır.
***18:33
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qazax təşkilatının üzvləri Tahir Çaylı və Fəzail Əliyevi polis saxlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə AXCP-nin sədr müavini Seymur Həzi məlumat yayıb.
“Onlarının internet kanallarından birinə intervüyə görə saxlandığı bildirilir”, - Sədr müavini qeyd edib.