
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrda Qranadada keçiriləcək görüşdə heç bir sənəd imzalamağı planlaşdırmırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Ermənistan Baş naziri məlumat verib.
“Həqiqətən demək istərdim ki, bəli, biz sənədin Qranadada imzalanacağını gözləyirik, amma təəssüf ki, yox. Ümid edirik ki, intensiv danışıqlar davam edəcək və problemin həllinə nail olacağıq”.
Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Əliyevlə Paşinyan arasında oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşün planlaşdırıldığını bildirib.