Qondarma rejim Azərbaycanın təklifini qəbul etdi – KİV


Qarabağdakı qondarma rejimin “hakimiyyəti” Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın dəhlizi və Ağdam yolu ilə eyni vaxtda keçirilməsinə icazə verilməsi təklifi ilə razılaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə 24News.am portalı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının BQXK-nın köməyi ilə Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutuna paralel Laçın yolunun açılmasına hazır olduğunu təsdiqləyib. Bildirilib ki, burada əsas şərt sərhəd və gömrük prosedurlarına əməl olunmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top