
Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi məktubda nə yazdığını açıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, məktubda ölkəsinin regiondakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb.
“Rusiya Prezidenti Vladimir Putinə məktubumda mən vəziyyətlə bağlı qiymətləndirməmizi, bu il keçirdiyimiz yeddi və ya səkkiz görüş zamanı təqdim etdiklərimi qeyd etdim”, - deyə Paşinyan bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistan mətbuatında Kreml zənglərinə cavab vermədiyi üçün Paşinyanın Putinə məktub yazması haqqında məlumat dərc olunub.