
Adananın Kozan rayonunda da meşə yanır.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, Kalkumaç məhəlləsindəki meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Yanğının söndürülməsi üçün bölgəyə 4 helikopter, 2 təyyarə, 10 su tankeri və çoxlu sayda yanğınsöndürmə dəstələri göndərilib.
Yanğınsöndürmə dəstələri yanğını nəzarət altına almaq üçün səylərini davam etdirir. Baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
***17.25
İzmirin Menderes rayonunda meşə yanır.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, Kelər rayonunda meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter, 23 su tankeri, 6 su təchizatı maşını və 7 buldozer göndərilib.
Yanğınsöndürmə dəstələri yanğını söndürmək üçün səylərini davam etdirir. Baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.