Bu il nə qədər sərnişin nəqliyyatdan istifadə edib? – Statistika


2023-cü ilin yanvar-avqust ayları ərzində müxtəlif nəqliyyat vasitələri ilə 1 milyard 189,1 milyon sərnişinə xidmət göstərilib.
Yeniavaz.com Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, sərnişinlərin 87,8 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 faiz və 16 faiz çox olub.
Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 148,2 milyon ton yük daşıyıb. Yüklərin 4,2 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,1 faizi hava, 5,5 faizi avtomobil nəqliyyatı, 31 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,1 faiz təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top