Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu


Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətdə cavab tədbirləri görülüb.

DİGƏR XƏBƏRLƏR

Top