
Azərbaycan ordusunun hərbçisi Ağayev Rüfət həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qafqazinfo-ya Müdafiə Nazirliyindən bildirilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ağayev Rüfət 15 ayın əsgəri olub. Hazırda Bakının Binə qəsəbəsində yerləşən qəbiristanlıqda onun dəfn mərasimi keçirilir.