Şimali Makedoniya Rusiyanın Skopyedəki səfirliyinin üç diplomatını persona non-qrata elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu addım cavabsız qalmayacaq:
“Şimali Makedoniya heç bir izahat vermədən Rusiyanın Skopyedəki səfirliyinin üç diplomatını persona non qrata elan edib, bu addım Rusiya tərəfinin cavabsız qalmayacaq”.
Zaxarova deyib ki, Şimali Makedoniya hakimiyyəti qarşıdurmanın pisləşməsi yolu ilə irəliləməkdə davam edir və onsuz da dərin böhranda olan ikitərəfli münasibətləri çıxılmaz vəziyyətə salır:
“Biz həmkarlarımızı ölkədən çıxarmaq qərarını bu ölkə rəhbərliyinin öz qərb himayədarlarına xəyali Rusiya təhlükəsi ilə mübarizədə əhəmiyyətini bir daha nümayiş etdirmək üçün yersiz istəyi kimi qiymətləndiririk”.