Belçikada turist 150 milyonluq restavrasiyadan sonra heykəlin qolunu qırdı – Video


Belçikanın paytaxtı Brüsseldə irlandiyalı turist birja binasının qarşısındakı yaxınlarda bərpa edilmiş heykəlin üzərinə çıxıb.
Yeniavaz.com
xəbər verir ki, sərxoş olduğu bildirilən turist aşağı düşmək istəyərkən heykəlin qolunu sındırıb.
Belçika mətbuatında yayılan məlumatlarda bildiriir ki, heykəli zədələyən turist qısa müddət sonra yaxınlıqdakı restoranda saxlanılıb.
Heykəlin təmir xərcinin 19 min dollar olduğu öyrənilib.
Səlahiyyətlilər xərclərin sözügedən turist tərəfindən ödənilməsini tələb ediblər.
Qeyd olunur ki, birjanın binası 3 illik bərpadan sonra şənbə günü yenidən açılıb. 150 milyon dollarlıq layihə çərçivəsində binanın qarşısındakı 2 heykəl də bərpa edilib.

DİGƏR XƏBƏRLƏR

Top