
Sentyabrın 14-də ABŞ Azərbaycan hökumətini növbəti dəfə Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə danışıb.
“Biz Azərbaycan hökumətini onu (Qubad İbadoğlunu – red.) dərhal azad etməyə çağırırıq. Mən əvvəllər demişdim ki, onun həbsi və saxlanması bizi narahat edir və onun dərhal azadlığa buraxılmasını tələb edirik”, - Miller müvafiq suala belə cavab verib.
Qeyd edək ki, ötən güm – sentyabrın 14-də Avropa Parlamenti Qubad İbadoğlunun işi ilə bağlı qətnamə qəbul edib.
Qətnamədə bildirilir ki, Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azad edilməlidir.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.