Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək – 130 vakansiya


Laçında ilk dəfə əmək yarmarkası keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Laçın şəhərinin Seyrəngah ərazisində təşkil olunacaq yarmarkada 20 müəssisə üzrə 130 vakansiya təqdim ediləcək:
“Dövlət Məşğulluq Agentliyi tərəfindən sentyabrın 20-də Laçın şəhərində ilk dəfə əmək yarmarkası təşkil ediləcək.
Şəhərin Seyrangah ərazisində təşkil olunacaq məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 130 vakansiya təqdim ediləcək.
Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə də ətraflı məlumatlar veriləcək.
Yarmarka saat 10:00-dan 13:00-ə kimi davam edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top