Böyük Britaniya “Vaqner”i terror təşkilatları siyahısına saldı


Britaniya hakimiyyəti “Vaqner” Özəl Hərbi Şirkətini terror təşkilatları siyahısına daxil edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
""Vaqner Qrupu" rus muzdlu təşkilatı sentyabrın 6-da parlamentdə müvafiq fərmanın təqdim edilməsindən sonra bu gündən (15 sentyabrdan) terror təşkilatı kimi tanınır. Fərman qəbul olunduğu gündən qüvvəyə minir. Fərmana görə bu qrupa mənsub olmaq və ya ona fəal şəkildə dəstək vermək Böyük Britaniyada cinayət əməli sayılacaq. Bu cinayəti törədənlər cərimə ilə yanaşı, 14 ilə qədər həbs cəzası ilə cəzalandırılacaq", - bəyanatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top