Türkiyədən mənzil alanlar arasında azərbaycanlılar doqquzuncu oldu


Ötən ay Türkiyədə ən çox daşınmaz əmlak alan 20 xarici ölkə vətəndaşları siyahısında azərbaycanlılar ilk onluqda qərarlaşıblar.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadla xəbər verir ki, avqust ayında azərbaycanlılar qardaş ölkədən 75 mənzil alaraq, 9-cu pillədə yerləşiblər.
Ən çox daşınmaz əmlak alanlar isə ruslar olublar. Belə ki, ötən ay Rusiya vətəndaşları Türkiyədən 733 ev alaraq 1-ci pilləni tutublar. Rusiya vətəndaşlarını müvafiq olaraq 342 evlə İran və 220 evlə İraq vətəndaşları izləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top