"105 il əvvəl olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla tək ürək, tək yumruq olmağa davam edəcəyik".
Yeniavaz.com xəbər verir ki, bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin Bakının işağldan azad olunmasının 105 illiyi ilə əlaqədar rəsmi sosial şəbəkə hesabında bildirilib.
"Bakının düşmən işağlından azad olunmasının 105-ci ilini təbrik edirik. Azərbaycan türkü qardaşlarımızı tək qoymayan Nuru Paşanı və onun komandanlığı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlarını sevgi və rəhmətlə yad edirik. 105 il əvvəl olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla tək ürək, tək yumruq olmağa davam edəcəyik", - deyilib.
#Bakü’nün düşman işgalinden kurtuluşunun 105’inci yılı kutlu olsun. Azerbaycan Türkü kardeşlerimizi yalnız bırakmayan Nuri (Killigil) Paşa’yı ve onun komutasındaki Kafkas İslam Ordusu’nun kahramanlarını saygıyla ve rahmetle anıyoruz.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 15, 2023
105 yıl önce olduğu gibi bugün de… pic.twitter.com/4WJXQEg5Q5