
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
“Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər”, - məlumatda vurğulanıb.
“Report”un yaydığı məlumata əsasən, hadisə zamanı xəsarət alanlar Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abas oğlu, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qarayev Efsun Əsgər oğlu və Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğludır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
***09:56
Sentyabrın 15-də səhər saatlarında Xaçmazda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü uçub.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb.
Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.
Hazırda hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.