“Rusiya Qarabağla bağlı hər iki tərəfi təmkinli olmağa çağırır”


Moskva Dağlıq Qarabağda davam edən gərginlikdən narahatdır, Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, gərginlik səngimir, hətta bəzi yerlərdə artmağa meyillidir.
“Əlbəttə, biz bəzi sahələrdə gərginliyin səngiməməsindən və hətta artmağa meyilli olmasından narahatıq. Bütün bunlara baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, biz hər iki tərəfi təmkin nümayiş etdirməyə və iki il əvvəl imzalanmış üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları da nəzərə alaraq”, - o, Qarabağda artan gərginliklə bağlı Moskvanın mövqeyi barədə sualı cavablandırarkən deyib.

DİGƏR XƏBƏRLƏR

Top