İlham Əliyev İsrail Prezidentinə təbrik məktubu göndərdi


Prezident İlham Əliyev yəhudi Yeni ili – “Roş-Ha-Şana” bayramı münasibətilə İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.
Yeniavaz.com
xəbər verir ki, məktubda Prezident İlham Əliyev bu bayramın dost İsrail xalqına və ölkəyə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyib.
“Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top