Şimşək çaxdı, leysan yağdı – Faktiki hava


Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv olub.
Düşən yağıntının miqdarı Culfada 14 mm, Şahdağ, İsmayıllıda 12 mm, Yardımlıda 11 mm, Cəfərxanda 10 mm, Lerikdə 9 mm, Astara, Lənkəranda 8 mm, Sabirabad, Naxçıvanda 7 mm, Ordubad, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Biləsuvar, Şərur, Şahbuz, Oğuz, Şamaxı, Qobustan, Tərtər, Ağdam, Altıağac, Balakən, Bərdə, Yevlax, Neftçala, Göygöl, Şəki, Daşkəsən, Xaltan, Qrız, Şabran, Mingəçevir, Göyçay, Şirvan, Göytəpə, Kəlvəzdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Sumqayıt, Neft Daşları, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Qax, Şamaxı, Qrız, Şahdağ, Balakən, Göyçay, Lerikdə duman müşahidə edilib.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top