Bakıda bu marşrutlara əlavə avtobuslar cəlb edildi


Bakıda 12 marşrut xəttinə əlavə 20 avtobus cəlb edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib. Məlumata görə, hazırda 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus cəlb olunub. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətlərinə buraxılıb.
“Bu gün müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1886-dır. Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1697 olub. 189 avtobusun əlavə edilməsi illik 50 milyon səfər imkanının yaradılması deməkdir. 
Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır”, - məlumatda deyilib.

DİGƏR XƏBƏRLƏR

Top