BP-nin baş icraçı direktoru istefa verdi


BP-nin baş icraçı direktoru Bernard Luni vəzifəsindən istefa verib.
Yeniavaz.com Reuters agentliyinə istinadla xəbər verir ki, şirkətin baş maliyyə direktoru Murrey Oçinkloss müvəqqəti olaraq baş icraçı direktorun səlahiyyətlərini yerinə yetirəcək.
Qeyd edək ki, 53 yaşlı Luni 2020-ci ilin fevralında 114 yaşlı BP şirkətinin baş direktor olub. O, Britaniyanın bu enerji nəhəngi üçün 2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaq və bərpa olunan, aşağı karbonlu enerjiyə milyardlarla sərmayə qoymaq üçün iddialı planlar hazırlayıb.
Luninin sürpriz istefası onun şirkətdəki həmkarları ilə şəxsi münasibətlərinə dair iddiaların ortaya çıxmasından sonra baş verib və şirkətin araşdırmaya başlamasına səbəb olub.
 “Financial Times” Luninin istefası barədə məlumat verməzdən əvvəl BP-nin Londondakı səhmləri 1 faiz bahalaşıb. Lakin istefa xəbərindən sonra şirkətin Nyu-Yorkda siyahıya alınmış səhmləri 1,5 faiz azalaraq günün ən aşağı səviyyəsinə enib.

DİGƏR XƏBƏRLƏR

Top