Sumqayıtda bir evdən külli miqdarda pul oğurlanıb.
Yenivaz.com xəbər verir ki, Qurd dərəsi bağlar sahəsində yerləşən evdən 90.000 manat pul oğurlanıb.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Qubadlı rayon sakini Məhəbbət Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.