Millimizin Superfinal heyəti məlum oldu


Sentyabrın 19-dan 25-dək İtaliyanın Alghero şəhərində təşkil olunacaq Avropa Superfinalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Yeniavaz.com AFFA-ya istinadla xəbər verir ki, B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə qarşılaşacaq millimizə 12 oyunçu cəlb olunub. Oyunlarının təqvimini və heyətə cəlb olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbatov.,

Oyunların təqvimi:
19 sentyabr. Saat 12:15
Azərbaycan – Türkiyə
 
20 sentyabr. 12:15
Azərbaycan – Rumıniya
 
21 sentyabr. Saat 16:00
İsveçrə – Azərbaycan
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top