“Ermənistana Kəlbəcər, Laçın və bütün Qarabağı təklif etdik, amma...”


“Biz Qarabağ, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalacağı həll variantını təklif etmişdik”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun Vladivostokda keçirilən plenar sessiyasında bildirib.
“Düşünmürəm ki, geriyə dönüş var. Biz nə baş verdiyini görür və başa düşürük. Bu haqda deyiləcək çox şey var. Biz öz məskunlaşma variantlarımızı təklif etmişik, bu hamıya məlumdur. Ermənistan məşhur Ermənistan-Azərbaycan münaqişəsindən əvvəl nəzarətində saxladığı yeddi rayona nəzarəti itirdi”, - Putin deyib.
Rusiya Prezidenti deyib ki, daha əvvəl Ermənistana Kəlbəcər və Laçının, həmçinin faktiki olaraq bütün Qarabağın Ermənistanın yurisdiksiyasında qalması təklif olunub:
“Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon - Kəlbəcər və Laçın faktiki olaraq bütün Qarabağ Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz 10-15 il Ermənistan rəhbərliyini razı salmağa çalışdıq.
“Nə edəcəksən” sualımıza “mübarizə aparacağıq” cavabını verdilər. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəldi. Amma söhbət təkcə son münaqişənin nəticələrindən getmir. Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.

DİGƏR XƏBƏRLƏR

Top