Oyun başa çatdı.
***
Milli komandamız ikinci qolu vurdu. Matçın 79-cu dəqiqəsində Renat Dadaşov fərqləndi.
***
Qonaqlar 57-ci dəqiqədə Nizar Əl Raşdanın qolu ilə hesabı bərabərləşdirdi.
***
İkinci hissə başladı.
***
Oyunda ilk hissə başa çatıb.
Millimiz fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
Komandamızda Emin Mahmudov birinci hissəyə artırılmış vaxtın ilk dəqiqəsində penaltidən fərqlənib.
***
Azərbaycan və İordaniya milli komandaları arasında yoldaşlıq oyunu keçirilir.
Yeniavaz.com xəbər verir ki, Bakıda baş tutan görüş “Dalğa Arena”da saat 20:00-da start götürüb.
Matçı türkiyəli hakim Arda Kardeşler idarə edir.