
2023-cü ilin iyul ayının sonuna olan məlumata görə, Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilin əvvəli ilə müqayisədə borc 714 milyon dollar və ya 6,7% artıb.
Qeyd olunub ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır.
“İyulun sonuna Ermənistanın xarici dövlət borcu 6 milyard 663 milyon dollar təşkil edib ki, bu da cari ilin yeddi ayı ərzində 218 milyon dollar və ya 3,4% artması deməkdir.
Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlardan və xarici ölkələrdən alınan kreditlər təşkil edir.
Bu ilin ilk 7 ayında daxili borc 496 milyon dollar və ya 11,8% artaraq 4 milyard 688 milyon dollar olub”, - məlumatda deyilir.