Abşeron rayon məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
***14:07
Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar paylaşan şəxslə bağlı Daxili İşlər Nazirliyi tərəfindən tədbir görülüb.
DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.
Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.