Naxçıvanda mövqelərimiz növbəti dəfə atəşə tutuldu


Sentyabrın 12-si saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

DİGƏR XƏBƏRLƏR

Top