Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2901-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Son məlumata görə, təbii fəlakət nəticəsində 5530 nəfər yaralanıb.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 6,9 maqnitudalı zəlzələ sentyabrın 8-i yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
***09.31
Mərakeşdə 6.9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” Mərakeş dövlət televiziyasına istinadla məlumat yayıb.
Bildirilib ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.
Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.
Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Əl Hauz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.