ABŞ və Ermənistan birgə təlimlərə başladı


Ermənistan ABŞ sülhməramlıları ilə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP-yə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi məlumat verib.
ABŞ ordusunun adını açıqlamayan rəsmisinin sözlərinə görə, açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Təlimdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.
Təlimlər hər iki ölkəyə “taktiki səviyyədə əlaqələr qurmağa” və sülhməramlı əməliyyatlar üçün bölmələrin “qarşılıqlı manevr qabiliyyətini” artırmağa imkan verəcək.
Xatırladaq ki, sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və Birləşmiş Ştatların “Eagle Partner 2023” birgə hərbi təlimlərinin keçiriləcəyini bildirmiş, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ermənistan və ABŞ arasındakı hərbi təlimlərin regionda vəziyyətin sabitləşməsinə kömək etmədiyini bəyan etmişdi.
Digər tərəfdən, Rusiya xarici işlər naziri Sergey Lavrov da Yeni Dehlidə keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında Rusiyanın Ermənistan rəhbərliyinin ABŞ-la birgə hərbi təlimlər keçirmək niyyətindən təəssüfləndiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top