
Son günlər müşahidə olunan intensiv yağıntılarla əlaqədar Kür çayında bulanıqlıq həddən artıq yüksəlib və nəticədə, Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat verilib.
Məlumata görə, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir. Ona görə də, bu müddətdə abonentlərə içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.
Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.