Bakıda temperatur iqlim normasından 2,5 dərəcə aşağı oldu – Faktiki hava


Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib.

Xidmətdən Yeniavaz.com-a verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.
Duman Qrız və Lerikdə müşahidə olunub.
Havanın maksimal temperaturu sentyabrın 10-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

DİGƏR XƏBƏRLƏR

Top