Almaniya yığması ilk dəfə dünya çempionu oldu


Almaniya millisi ilk dəfə basketbol üzrə dünya çempionu (FIBA) olub.
Yeniavaz.com
xəbər verir ki, Filippində “Mall of Asia” Arenada keçirilən final matçında Almaniya yığması Serbiyaya 83:77 hesabı ilə qalib gəlib.
Almaniya komandası bütün çempionat görüşlərində, o cümlədən ABŞ komandası ilə oyunda (113:111) qalib gəlib. Serbiya millisi İtaliya ilə görüşdə büdrəsə də, Kanadaya 95:86 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Serbiya 2-ci yeri tutaraq gümüş medal qazanıb. Kanada 3-cü, Amerika 4-cü, Latviya 5-ci, Litva 6-cı, Sloveniya 7-ci, İtaliya isə 8-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top