Paşinyan onu vəzifədən azad etdi


Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Sarkis Ovannisyan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
““Xüsusi dövlət mühafizəsinə məruz qalan şəxslərin təhlükəsizliyinin təmin edilməsi haqqında” qanunun 15.1-ci maddəsinin 2-ci hissəsini rəhbər tutaraq:
1. Sarkis Ovannisyan Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsindən azad edilsin.
2. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin vəzifələrinin yerinə yetirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Artur Qasparyana həvalə edilsin”, - qərarda bildirilir.
Qeyd edək ki, Sarkis Ovannisyan bu il aprelin 28-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top