Pakistandan Qarabağda keçirilən “prezident seçkiləri”nə reaksiya


Pakistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni qınayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama verib.
“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejim tərəfindən hər hansı “qondarma seçkilər” keçirilməsini hüquqi və mənəvi cəhətdən qınayır. Bu cür cəhd həm də BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - XİN sözçüsü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top