Ədliyyə Nazirliyi Müsavat Partiyasından sonra Real və Azərbaycan Xalq Cəbhəsi Partiyalarının da qeydiyyatını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli öz sosial şəbəkə hesablarında bildirib.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası, AĞ Partiya, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Xalq Partiyası da qeydiyyata alınmışdı.
***14.55
Ədliyyə Nazirliyi Müsavat Partiyasını da qeydiyyata alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə partiyanın sədri Arif Hacılı öz feysbuk hesabında bildirib.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası, AĞ Partiya, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Xalq Partiyası da qeydiyyata alınmışdı.