ABŞ Finlandiyanın Rusiya ilə sərhədində hərbi baza yaradır


ABŞ Hərbi Hava Qüvvələri Finlandiyanın Rovaniemi (Rusiya ilə həmsərhəd Finlandiyanın Lapland regionunda yerləşir) hava limanından istifadə etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İltalehti” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Finlandiya hakimiyyəti bunu təsdiqləyib.
Finlandiya prezidenti Sauli Niinistonun sözlərinə görə, Helsinki və Vaşinqton tərəfindən müzakirə edilən müdafiə sahəsində əməkdaşlıq haqqında yeni sazişin həyata keçirilməsi ABŞ-ın Finlandiyada müəyyən fəaliyyətinə səbəb olacaq.
Nəşr yazır ki, artıq iki ölkə arasında danışıqlar qabaqcıl mərhələyə çatıb.
Qeyd edək ki, avqustun 25-də Finlandiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Finlandiya və ABŞ bir il əvvəl müzakirə olunmağa başlayan yeni müdafiə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların üçüncü raundunu başa çatdırıblar. Bildirilir ki, danışıqlar prosesi bir və ya iki il davam edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top