
Lionel Messi Argentina millisinin 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində bu gün - sentyabrın 8-də Ekvadorla oyunda çıxdığı debüt matçında yeni rekordlara imza atıb.
Yeniavaz.com Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadla xəbər verir ki, bu rekordlar aşağıdakılardır:
- Messi Dünya Kuboku tarixində həm final, həm də seçmə mərhələlər daxil olmaqla, 6 fərqli oyunda (2006-2026-cı illər) qol vuran ilk oyunçu oldu.
- Messi iştirak etdiyi mundialların sayına görə (6) rekorda imza atdı. Hazırda belə rekorda malik 13 futbolçu var. Onlar arasında hazırda oynayanlar Andorralı İldefons Lima və Mark Pujoldur.
- Messi CONMEBOL zonasında (Cənubi Amerika Futbol Konfederasiyası) Dünya Çempionatının seçmə mərhələsində 29-cu qolunu vurdu və o, yarışın tarixi bombardiri kimi Luis Suaresə (Uruqvay) bərabər oldu.
- Messi Dünya Çempionatının seçmə mərhələləri tarixində ən çox qol vuran oyunçu kimi rekordunu artırdı. İndi onun hesabında 14 belə qol var. Növbəti yerdə Karlos Ruis (Qvatemala, 12) qərarlaşır.
- Messi CONMEBOL-un Dünya Çempionatının seçmə mərhələləri tarixində birbaşa cərimə zərbəsindən ən çox qol vuran futbolçu kimi həmyerlisi Xuan Roman Rikelme ilə bərabərləşdi. Bu gün onların hər ikisinin belə 4 uğurlu cəhdi var. Sonrakı yerləri hərəyə 3 belə qolla Xavyer Çevanton (Uruqvay), Xose Luis Çilavert (Paraqvay) və Xose Manuel Rey (Venesuela) tutur.
- Messi dünya çempionatının seçmə mərhələsinin bir qolla (1-0 və ya 0-1) bitən matçlarında da ən çox qol vuran (hər birində 4) oyunçu kimi Ceyms Rodriqeslə (Kolumbiya) bərabər oldu və öz rekordunu təzələdi.
- Nəhayət, qeyd edək ki, Messi 2014-cü ilin iyun ayında Braziliyada keçirilən Dünya Çempionatında Nigeriya ilə oyunda Riki Alvareslə əvəzləndikdən 9 il sonra ilk dəfə Ekvadorla oyunda əvəzləndi və onun yerinə meydana Eksekiel Palasios çıxdı.
