Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
O, bu təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində işləyib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev idi.