Ukraynalı Aleksandr Petrakovun rəhbərlik etdiyi futbol üzrə Ermənistan milli komandası Türkiyəyə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Qeyd edək ki, Türkiyə və Ermənistan milliləri arasında keçiriləcək Avro-2024-ün seçmə turnirinin 5-ci turunun oyunu sentyabrın 8-də Əskişəhər şəhərində baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.