Kəmaləddin Heydərov da Türkiyə DİN-in başçısı ilə görüşdü – Yenilənib


Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Görüşdə qarşılıqı maraq doğuran məsələlər geniş müzakirə edilib.
Daha sonra türkiyəli nazir FHN-in Böhran Vəziyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olub.





***18:41
Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkədə səfərdə olan Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top