“Rusiya həm Ermənistan, həm də Azərbaycanla aralarındakı vəziyyəti nizamlamaq üçün ciddi şəkildə işləyir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya təhlükəsizliyin təminatçısı kimi öz funksiyalarını yerinə yetirməkdə davam edir, Rusiya həm Yerevan, həm də Bakı ilə çox diqqətli, ardıcıl, konstruktiv işi davam etdirir”, - Kremlin sözçüsü bildirib.