Növbəti təxribatın qarşısı alındı – Bu dəfə Ağdam istiqamətində


Sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top