“Tuğ” qoruğunun tərkibinə beş abidə daxil edildi


Ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tuğ kəndi) və Qırmızı məbəd (1000-ci il, Tuğ kəndi) “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edib.
Yerli əhəmiyyətli memarlıq abidələri - Məbəd (XIII əsr, Tuğ kəndi), Məbəd (1747-ci il, Tuğ kəndi) və Körpü (XVIII əsr,Tuğ kəndinin yaxınlığında) də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top