Ruslar Konstantinovkanı bombaladı: Onlarla ölü və yaralı var – Video


Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini bombalayıb.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, Ukrayna Prezident Volodimir Zelenski bombalanma nəticəsində 16 nəfər mülki şəxsin dünyasını dəyişdiyini açıqlayıb.
“Çoxlu yaralı var. Təəssüf ki, ölən və yaralananların sayı hələ də arta bilər. Yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Biz ən qısa zamanda bu rus şərinə qalib gəlməliyik”, - deyə Ukrayna lideri bildirib.
Ukraynanın daxili işlər naziri İqor Klimenko 44 nəfərin yaralandığını bildirib.
Qeyd olunur ki, ruslar şəhərə S-300 sistemi ilə zərbələr endiriblər.

DİGƏR XƏBƏRLƏR

Top