
Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin orta aylıq əmək haqqı miqdarını açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə danışıb.
Nazir bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün müəllimlərin orta aylıq əmək haqqı 830 manat olub:
“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əmək haqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”.