Azərbaycanın “Şahdəniz”dən gəlirləri artdı


Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 183 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fonddan məlumat verilib. Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon ABŞ dolları və ya 3,05 % çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 148 milyon ABŞ dollar təşkil edib.
Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri bu ilin ilk 8 ayı üçün 259 milyon 554 min ABŞ dolları olub, bu isə 21% azalma deməkdir. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında ARDNF kondensatın satışından 328 milyon 567 min ABŞ dolları gəlir əldə edib.
Qeyd edək ki, "Şahdəniz"də pay bölgüsü bu nisbətdədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

DİGƏR XƏBƏRLƏR

Top