Nobel həftəsinin tarixi açıqlandı


Bu il Nobel həftəsi 2-9 oktyabr tarixlərində keçiriləcək.
Yeniavaz.com mükafatın rəsmi saytına istinadla xəbər verir ki, həftə ərzində ümumilikdə 6 mükafat veriləcək.
Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi oktyabrın 2-də, Fizika üzrə oktyabrın 3-də, Kimya üzrə oktyabrın 4-də, Ədəbiyyat üzrə oktyabrın 5-də, Sülh nominasiyası üzrə oktyabrın 6-da, İqtisadi elmlər üzrə isə oktyabrın 9-da elan olunacaq.
Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən, Sülh nominasiyası üzrə mükafata Norveç Parlament Komitəsi tərəfindən, digər sahələr üzrə mükafatlar isə İsveç Kral Akademiyası tərəfindən təqdim edilir.
Qeyd edək ki, mükafatların elan olunma mərasimi hər il dekabrın 10-u Stokholmda keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top