
Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində aparılan auditin nəticələrinə əsasən təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hesablama Palatasının Naxçıvan Dövlət Universitetində apardığı auditə dair məlumatında deyilir.
Qeyd olunub ki, Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.
Tətbiqimizi yükləyə bilərsiniz